Bütün xəbərlər
Silahla foto paylaşan nazirlik əməkdaşları barədə - Rəsmi açıqlama
Tarix: 20-12-2021 22:45 | Bölmə: Cəmiyyət

                   Silahla foto paylaşan nazirlik əməkdaşları barədə


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin avtomat silahla fotosu yayılıb.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru direktoru Adəm İsmiyev və müavini Sakit Şahmarovun sözügedən şəklini Adəm İsmiyev Votsap hesabında paylaşıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bu addımı məsuliyyətsizlik kimi dəyərləndirib:
“Çox məsuliyyətsiz davranışdır. Məsələ ilə bağlı həmin şəxslərin izahatları alınır, araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq fakta qiymət veriləcək”.



Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb