22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Toyda qonaqların sayı çox oldu, restoran sahibləri cərimələndi
Tarix: 18-12-2021 12:12 | Bölmə: Cəmiyyət

                  Toyda qonaqların sayı çox oldu, restoran sahibləri cərimələndi


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.
Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.


Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər