Bütün xəbərlər
Bakıda 18 il əvvəl adam öldürən şəxs tutuldu
Tarix: 17-12-2021 13:28 | Bölmə: Cəmiyyət

                       Bakıda 18 il əvvəl adam öldürən şəxs tutuldu



Bakıda 18 il əvvəl törədilmiş qətlin üstü açılıb.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bu il avqustun 18-də narkotik vasitə ilə tutulmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.
Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər