Bütün xəbərlər
Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı
Tarix: 17-12-2021 03:43 | Bölmə: Cəmiyyət

                    Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı


Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat keçirib və bu zamanı 9 nəfər saxlanılıb. 
“Qafqazinfo” Gürcüstanın mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyədə yaşayan “qanuni oğru”, “Çinka” ləqəbli Tengiz Xoperiyanın sifarişini yetiriblər.
Onlar kriminal avtoritetin nüfuzundan istifadə edərək, Tbilisi aeroportunun ərazisində işləyən taksi sürücülərindən əldə olunan gəlirin yarısını alıblar. Bu pul “obşak” üçün toplanılıb.  
Qeyd edək ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən Xoperiya, 1990-cı ildən bəri Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beş dəfə həbs olunub. 2013-cü ildə azadlığa buraxılaraq Rusiyaya gedib. Hazırda 51 yaşlı Xoperiya azadlıqdadır və Türkiyədə yaşayır.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər