Bütün xəbərlər
Ordumuz Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirdi - Fotolar
Tarix: 16-12-2021 23:17 | Bölmə: Cəmiyyət

                    Ordumuz Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirdi



Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.
"Qafqazinfo"nun xəbərinə görə, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.
Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.
Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.








Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər