22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Zəhərlənən qadını düzgün müalicə etmədikləri üçün ölüb
Tarix: 15-12-2021 12:50 | Bölmə: Cəmiyyət

                  Zəhərlənən qadını düzgün müalicə etmədikləri üçün ölüb



Astara rayonunda zəhərlənən qadının düzgün müalicə edilməməsi nəticəsində ölməsinə görə cinayət işi başlanılıb.
Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, oktyabrın 10-da rayonun Ərçivan qəsəbə sakini Elnarə Əliyeva “dərman zəhərlənməsi” diaqnozu ilə Astara rayon mərkəzi xəstəxanasına daxil olub və ertəsi gün orada ölüb. Aparılmış araşdırmalarla Elnarə Əliyevaya göstərilmiş tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər