Bütün xəbərlər
Ermənilər təşviş içində mövqelərini tərk edir - Rəsmi
Tarix: 16-11-2021 18:32 | Bölmə: Cəmiyyət

                    Ermənilər təşviş içində mövqelərini tərk edir


Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Qeyd olunub ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.


Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər