Bütün xəbərlər
Semyon Peqov sülhməramlıların nəzarət etdiyi ərazilərə gəldi - Fotolar
Tarix: 11-11-2021 23:30 | Bölmə: Cəmiyyət

                     Semyon Peqov sülhməramlıların nəzarət etdiyi ərazilərə gəldi


Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov yenidən Qarabağa gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib. Peqov Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, şəkillər çəkdirib. O, Azərbaycan Ordusunun mövqelərini də lentə alıb. 
Qeyd edək ki, modern.az-ın məlumatına görə, Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub.
Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.
 








Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər