Bütün xəbərlər
Vidadi Muradov vəfat etdi
Tarix: 05-11-2021 12:59 | Bölmə: Cəmiyyət

                   Vidadi Muradov vəfat etdi


“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, V.Muradov bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.
İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. 


Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər