Bütün xəbərlər
Şəhid anası:"Həyətdə bayrağı görəndə başa düşdüm ki, oğlum şəhid olub"
Tarix: 23-10-2021 02:04 | Bölmə: Cəmiyyət



Sumqayıt şəhərində şəhidlik zirvəsinə ucalmış Elmar Şirzad oğlu Nəsibovun ildönümü mərasimi keçirilib. Şəhidlər xiyabanından başlanan tədbirdə şəhid ailələri, qazilər, İcra Hakimiyyətinin rəhbərliyi, ictimayyət nümayəndələri, ziyalılar, jurnalistlər iştirak ediblər.
Sabaha-inamla.az şəhidin anasının müsahibəsini tamaşaçıların nəzərinə çatdırır:

                        
Elmar Nəsibov 1987-ci il sentyabrın 19-da Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Elmar Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Nəsibov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
             







Baxış sayı: 648


Bölməyə aid digər xəbərlər