Bütün xəbərlər
Daha bir meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi
Tarix: 30-04-2021 18:45 | Bölmə: Cəmiyyət

                  Daha bir meyxana məclisi aşkarlandı, 10 nəfər cərimələndi


Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər