Bütün xəbərlər
Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab - Foto
Tarix: 18-04-2021 23:38 | Bölmə: Cəmiyyət

                  Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab


Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisi səfəri zamanı təxribatına cavab verib.
“Qafqazinfo” xəbər verir ki, Yazqan Tvitter hesabında Ağrı dağı haqqında məlumatı paylaşaraq gürcü və erməni dilində “Ağrı Türkiyədə ən hündür dağdır. Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir” yazıb.
Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında qeydləri ilə yanaşı Ağrı dağının konturlarını çəkib.
Gürcüstan prezidenti Salome Zurabişvili həmin səhifənin fotosunu “Facebook” hesabında paylaşdıqdan sonra Ermənistan prezidentinin təxribata əl atdığı məlum olub.






Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər