11:28 / 18-05-2021
Akif Mustafayev vəfat etdi
15:42 / 17-05-2021
Naxçıvan tərəqqi yolunda
Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
Tarix: 12-04-2021 13:09 | Bölmə: Cəmiyyət

                  Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi


Lənkəran rayonunda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Qeyd edək ki, "Palıdlı Sahil" restoranı sabiq deputat Hadı Rəcəbliyə məxsusdur.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər