Bütün xəbərlər
Göyərçinləri şahinlərə yem edən ərəblər cərimələndi
Tarix: 21-03-2021 19:20 | Bölmə: Cəmiyyət

                                   Göyərçinləri şahinlərə yem edən ərəblər cərimələndi



Göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib.
Bu barədə “Qafqazinfo”ya Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun  Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.
Təlimdə ev quşları olan göyərçinlərlə  rəhmsiz rəftar olunması aşkar edildiyindən  həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan videoda ərəb turistlərin dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etdiyi görünürdü.  

                       


Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər