Bütün xəbərlər
Şəhid ailələri və qazilər üçün kiçik bizneslər yaradıldı - Fotolar
Tarix: 17-02-2021 13:59 | Bölmə: Cəmiyyət

                 Şəhid ailələri və qazilər üçün kiçik bizneslər yaradıldı


Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 60-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir. Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünüməşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.
 






Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər