Bütün xəbərlər
“Xahiş edirəm, buna görə mənə töhmət verməyin”
Tarix: 12-02-2021 17:33 | Bölmə: Cəmiyyət

                          “Xahiş edirəm, buna görə mənə töhmət verməyin”


“Yolumuz birdən həbsxanaya düşür. Görüşlər olur. Bu zaman şahidi oluruq ki, toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik, ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə deyib. 
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır: “Ona görə də təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burada çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm buna görə mənə töhmət verməyin”.
Milli Məclisin spikeri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, İran sözünə görə kiməsə töhmət verilməyib. 


Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər