Bütün xəbərlər
Vüqar Səfərli apellyasiya şikayəti verib
Tarix: 23-01-2021 13:58 | Bölmə: Cəmiyyət

                 Vüqar Səfərli apellyasiya şikayəti verib


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.
Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.
Qeyd edək ki, V. Səfərli bir müddət barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər