11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı - Fotolar
Tarix: 08-12-2020 21:48 | Bölmə: Cəmiyyət

                     Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir.
“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, növbəti aksiyalardan biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Nümayişçilər özləri ilə simvolik olaraq saat və ətir gətirərək Paşinyanı daha çox itirdiyi bu əşyaların maraqlandırdığını bildiriblər.
Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak edirlər. Polis küçələri bağlamağa çalışan mitinq iştirakçılarını saxlayıb.
Xatırladaq ki, Nikol Paşinyan ötən ay “Facebook” səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı “Təbii ki, Vətən uğrunda” sözləri ilə paylaşmışdı.
Qeyd edək ki, Ermənistan müxalifəti 10 noyabr bəyannaməsini imzaladığı üçün Nikol paşinyanın istefasını tələb edir. Onlar baş nazirə istefaya getməsi üçün bu günədək vaxt qoymuşdular. Paşinyana verilən müddət bitdiyindən müxalifət bu gün vətəndaş itaətsizliyi çağırışı edərək yenidən aksiyalara başlayıb.















Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb