11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Elşad Hacıyev: Aşıq Namiq Fərhadoğlunun Nərimanov polisi barədə səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir
Tarix: 01-12-2020 12:11 | Bölmə: Cəmiyyət


Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlunun (Namiq Hüseynov) Nərimanov polisi barədə səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir.
AZƏRTAC xəbər verir ki, bunu N. Fərhadoğlunun əsassız ittihamlar səsləndirməsi barədə mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş̧ sosial şəbəkə vasitəsilə tanış̧ olduğu şəxsin ona qeyri-etik təkliflər etməsini və tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.
İş üzrə aparılan araşdırmanın xüsusatların aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq, polisə tabesizlik nümayiş̧ etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.
Həmin hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.




Baxış sayı: 400


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb