11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
“Sonuncu erməni Laçını tərk etdi” - Video
Tarix: 30-11-2020 23:04 | Bölmə: Cəmiyyət

                “Sonuncu erməni Laçını tərk etdi”


İşğal etdikləri Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və əhalisi artıq rayon ərazisini tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan öz feysbuk səhifəsində yazıb. O, Laçından video paylaşaraq “30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir” sözlərini yazıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçının dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub.

           



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb