Bütün xəbərlər
Şuşa uğrunda şəhid olan müəllim - Foto
Tarix: 23-11-2020 23:32 | Bölmə: Cəmiyyət

                          Şuşa uğrunda şəhid olan müəllim


Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib.  Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”,- deyə paylaşımda qeyd olunub.




Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər