22:06 / 01-09-2026
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
20:47 / 01-09-2026
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
20:43 / 01-09-2026
Putin: "2025-ci ildə Türkiyəyə təxminən 7 milyon rus turisti səfər edib"
20:39 / 01-09-2026
İnsanlara kürəklə hücum edən kişinin qumar aludəçisi olduğu ortaya çıxdı
20:32 / 01-09-2026
ABŞ növbəti iki həftə ərzində İranla əməliyyatlara görə banklara sanksiya tətbiq edə bilər
20:28 / 01-09-2026
Futbolçu Rüdiger Almaniya Milli Komandasından təqaüdə çıxdı
20:24 / 01-09-2026
Katamaran böyük dərinliklərdə tapılıb
20:16 / 01-09-2026
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
20:10 / 01-09-2026
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
20:05 / 01-09-2026
105 illik yüksək temperatur rekordunu qırdı
20:02 / 01-09-2026
Angelina Jolie Poltavaya gəldi
19:59 / 01-09-2026
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
12:45 / 01-09-2026
ŞƏT lisenziyasız peyk internet xidmətlərinin göstərilməsini pozuntu kimi qəbul edib
12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
Qarabağın fəthi Xalq-Komandan-Ordu birliyinin Qələbəsidir!
Tarix: 14-11-2020 15:27 | Bölmə: Cəmiyyət
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazdakı tarixi Azərbaycan ərazilərinə, eləcə də qədim Qarabağın dağlıq hissəsinə köçürülən ermənilər ağalarının və nökərçilik etdikləri dairələrin dəstəyi ilə hər fürsətdə çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərmişdir. Bu başabəla toplum tarixi ərazilərimizdə etnik tərkibi öz xeyirlərinə dəyişdirmək üçün hər cür xəyanətə və rəzilliyə getmişdir.
Uzun illər öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün real tarixi şəraitin yetişməsini gözləyən düşmən qonşu, təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində himayəçilərinin fəal dəstəyilə və həmin dövrdə ölkəmizdə baş alıb gedən hərc-mərclikdən, hakimiyyətsizlikdən istifadə etməklə soydaşlarımızın tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan deportasiyasına nail oldu. Bununla kifayətlənməyən təcavüzkar Ermənistan bolşeviklrin süni surətdə “Dağlıq Qarabağ” adlandıraraq erməni muxtariyyətinə çevirdikləri ərazilərlə birlikdə bütün Qarabağın 7 rayonunu da bir-birinin ardınca işğal etdi.
Bu zaman 1 milyondan artıq dinc soydaşımıza kütləvi surətdə divan tutub öz yurdundan qovan vəhşiləşmiş erməni silahlı birləşmələri Xocalı faciəsi, Daşaltı qətliamı kimi qanlı cinayətlər törətməklə bəşər tarixinin yaddaşınyeni qanlı səhifələr yazdılar. İşğal olunmuş 20 faiz ərazimiz talan edilib, oda qalandı, qaçqın və məcburi köçkünlər çadır şəhərciklərində, yük vaqonlarında, zirzəmi, yataqxana və təsərrüfat tikililərində acınacaqlı durumda, ən ağır şərtlər altında yaşamağa məhkum edildi.
Ümidsizlik girdabında boğulan, heç bir yerdən ciddi siyasi-mənəvi dəstək ala bilməyən, daxili çəkişmələr üzündən hər gün daha da çətin vəziyyətə düçar olan xalqımızı və dövlətimizi belə bir ağır məqamda Ümummilli Liderimiz Heydər Əliyev xilas etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə xilaskar missiyasında hakimiyyətə gələn ulu öndərimiz qısa müddətdə siyasi iradə və təcrübə nümayiş etdirərək ölkədə əmin-amanlığa, sabitliyə nail oldu. Dünyanın nəhəng şirkətləri ilə mzalanmış neft müqavilələri və digər iqtisadi layihələrlə dövlətimizin iqtisadi qüdrəti yüksəldi, xalqımızın rifahı yüksəldi, sabitlik və inkişaf soydaşlarımızı ümidsizlik girdabından, sözün əsl mənasında, xilas etdi.
Dünyaya hərtərəfli inteqrasiya, fəal xarici əməkdaşlıq, faydalı diplomatik əlaqələrin qurulması ilə dost və tərəfdaş ölkələrin sayı artdı. Bütün bunların yaratdığı əlverişli şəraitdı zəruri ordu quruculuğu sahəsində də ciddi uğurlar əldə edildi. Ayrı-ayrı şəxslərə, qüvvələrə tabe olan silahlı birləşmələrin vahid komandanlıq altında birləşdirilməsi tezliklə öz bəhrəsini verdi. Arazqırağı cəbhə xəttində ilk qələbələr qazanıldı, itirilmiş torpaqların bir hissəsi geri qaytarıldı. Ölkəmizdə yaranmış milli birliyin və ordudakı intizamın gücünü görən düşmən atəşkəs sazişini imzalamağa məcbur oldu. Bütün bu xronologiya bir daha sübut edir ki, əgər Ulu Öndərimiz münaqişənin başladığı ilk dövrdə ölkəmizə rəhbərlik etsəydi, bu müsibətlərin heç biri xalqımızın başına gəlməyəcəkdi.
2003-cü ildə Ulu Öndərimizin siyasi varisi, ən layiqli davamçısı İlham Əliyevin xalqımızın yekdil səsi ilə ölkə Prezidenti seçilməsi dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, bugünkü şanlı Qələbəmiz üçün zəmin yaranmağa başlandı. İqtisadi yüksəliş səviyyəsinə görə dünyanın önə çıxan dövlətlərindən birinə çevrilən Azərbaycan hərbi quruculuğu ən yüksək səviyyədə apardı, silahlı qüvvələrimiz dünyanın ən müasir, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi.
2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin yeni ərazilərini ələ keçirmək üçün hücuma keçdilər. Amma öz siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən terrorçu Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə biabırçı məğlubiyyətə uğradı. Müzəffər ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin ilk anlarından zəfər müjdəli Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar, bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə komandanlığın əmrlərini ən yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına əsarətdə olan torpaqlarımız işğaldan azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi.
Savaşın ilk anlarından strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə Suqovuşanda, Hadrutda, Zəngilanda, Qubadlıda üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabr ayının 8-də - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etməyə hazırlaşdımız bir məqamda isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı.
Vətən Savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz “Şuşasız bizim işimiz yarımçıq qalar - söyləmişdi və verdiyi bütün vədlər kimi, bu sözünə də ən qısa müddətdə əməl etdi. Bununla da xalqımızın qəlbindən Şuşa ağrısı, niskili əbədi olaraq silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!” - sözləri bu gün xalqımız üçün Şuşa dağlarında səslənən Koroğlu nərəsi qədər möhtəşəmdir, Şuşanın özü qədər müqəddəsdir.
Şuşa qalasının fəthindən cəmi bircə gün sonra Ali Baş Komandanımızın 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması xəbərini verməsi ilə düşmənin beli tamamilə sındı, olmayan ruhu yerlə-yeksan edildi. Cəmi bir neçə saat sonra düşmən yalvara-yalvara, ağlaya-ağlaya, xalqımızın qarşısında, möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyevin qarşısında diz çökərək kapitulyasiyadan, ağ bayraq qaldıraraq təslim olmaqdan başqa yol tapmadı.
Müqəddəs şəhərimiz Şuşada yaxın ötən aylarda rəqs edən təlxək Nikol Paşinyan o qədər rəzil duruma düşdü ki, kapitulyasiya sənədini kabinetində deyil, gizləndiyi siçan deşiyində - gizli sığınacaqda imzalamaq məcburiyyətində qaldı. Bununla düşmən ölkəninin rəhbəri faşist fürer Hitlerdən də ağır bir tale yaşamağa məhkum olduğunu hər kəsə nümayiş etdirdi. Əslində, rəzil düşmənin bu cür biabırçı duruma düşəcəyini Vətən savaşının ilk günündən Ali Baş Komandanımız əminliklə söyləmişdi. Ermənistanın xunta rejimi savaşın sürdüyü 44 gündə ordusunu, hərbi infrastrukturunu, çökmüş iqtisadiyyatını tamamilə məhv etdi. Terrorçu dövləti sonu görünməyən fəlakətə sürükləndi.
Azərbaycan dövləti isə 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoydu, tarixi ədaləti özü bərpa etdi. 27 il kağız üzərində qalmış BMT qətnamələri döyüş meydanında reallaşdırıldı. Eyni zamanda, Azərbaycan bu savaş ilə ədalətli müharibə aparmağın presedentini yaratdı. Dövlətimiz, müzəffər ordumuz bütün dünyaya bəyan etdi ki, o, qarşı tərəfdən fərqli olaraq, yalnız işğalçı qüvvələrlə döyüşür, yalnız legitim hərbi obyektləri məhv edir, mülki əhali və infrastruktur onun hədəfi deyil. Vətən müharibəsi günlərində əsir və girovlarla münasibətdə də Azərbaycan Ordusu peşəkarlıq, eyni zamanda, rəhm, təmkin nümayiş etdirdi, özünün əzmi, qüdrəti ilə yanaşı, ədalətini də bütün dünyaya sübut etdi.
Bu tarixi Qələbə, eyni zamanda, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” tezisini də alt-üst etdi. Ali Baş Komandanımız və müzəffər ordumuz bu tezisin əksini döyüş meydanında sübut etdi. Döyüşdə qələbə çalan dövlətimiz diplomatik cəbhədə də uğur qazandı: nəhayət, Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanımızın haqqında bəhs etdiyi cədvəl tərtib olundu, işğal altında olan Laçın, Kəlbəcər və Ağdamın da azad olunacağı şanlı tarixlər məlum oldu. Bu müjdəni də Ali Baş Komandanımız xalqımıza böyük sevinc və qürurla çatdırdı!
Nəhayət, əsrlərlə haqqında danışılacaq, şəninə dastanlar, qəhrəmanlıq, zəfər nəğmələri qoşulacaq, tarixi salnamələrdə öz əksini tapacaq 44 günlük Vətən savaşımız qalibiyyətlə başa çatdırıldı. Terrorçu Ermənistan dövləti Ali Baş Komandanımız İlham Əliyevin bütün şərtləri, tələbləri ilə qeyd-şərtsiz razılaşmalı oldu. 15 noyabrda Kəlbəcərin, 20 noyabrda Ağdamın, 1 dekabra qədər Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, xalqımızın 30 illik həsrətinə son qoyulacaq.
Bu gün Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi “Əziz Şuşa, biz səni dirçəlcədəyik!” şüarı bütünlüklə Qarabağın, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Müzəffər ordusunun gücü ilə tarixi ərazilərini qarış-qarış, addım-addım işğaldan azad edən Azərbaycan dövləti ən yaxın zamanda özünün iqtisadi gücünü, potensialını da bütün dünyaya nümayiş etdirəcək. Erməni vandalları tərəfindən dağıdılmış, məhv edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, yenidən qurulacaq və soydaşlarımız həmin torpaqlarda öz firavan həyatlarına davam edəcəklər.
Müharibənin başa çatması, şanlı Qələbənin əldə edilməsi münasibətilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı məcburi köçkünlərə müraciət edən Ali Baş Komandan qətiyyətlə bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, təhlükəsizlik tədbirləri görüləcək. Daha sonra isə bütün infrastruktur bərpa ediləcək, soydaşlarımız illərlə həsrətində olduqları dədə-baba yurdlarına dönəcəklər.
Xalqımız əmindir ki, Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan bəhrələnərək Ermənistanın terrorçu rəhbərliyinin, 30 il ərzində xalqımıza qarşı qanlı cinayətlər törətmiş şəxslərin, Xocalı qatillərinin hüquqi müstəvidə də cəzalandırılmasına nail olacaq. Terrorçu Ermənistan dövləti bu illər ərzində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəməyə məcbur ediləcək.
Bu şanlı Qələbənin əldə edilməsi üçün canlarını fəda edən şəhidlərimizin, eləcə də Birinci Qarabağ savaşında şəhid olanların xatirəsi xalqımız, dövlətimiz tərəfindən həmişə əziz tutulacaq, onların ailə üzvləri, yaxınları ölkəmizdə ən ali hörmətə, izzətə layiq olduqlarını hər an hiss edəcəklər. Döyüşlərdə yaralananlar, qazilərimiz hər zaman dövlətimizin himayəsində olacaqlar. Azərbaycan xalqı olaraq bu şanlı Qələbənin əldə olunmasında onlara borclu olduğumuzu hər zaman ehtiramla ifadə edəcəyik, qazilərimiz başımızın tacı, gözümüzün nuru olacaqlar.
Qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə xalqımız daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.
Bu şanlı, tarixi Qələbənin əldə olunması münasibətilə bir daha xalqımızı, müqəddəs ata vəsiyyətini - ulu öndərimiz Heydər Əliyevin razi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı arzularını həyata keçirən yenilməz Ali Baş Komandanımızı, müzəffər ordumuzu təbrik edirik. Vətən Savaşımızda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların müqəddəs ruhları qarşısında baş əyirik.
Qələbən mübarək, Azərbaycan! Fəthiniz mübarək, cənab Ali Baş Komandan! Qarabağ torpağında qədəmlərin mübarək, müzəffər Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru
Baxış sayı: 543
Bölməyə aid digər xəbərlər

Dünən, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
31-08-2026, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
31-08-2026, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb
18-08-2026, 12:35
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
17-08-2026, 19:43
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
17-08-2026, 19:38
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
17-08-2026, 19:27
Transformator yarımstansiyasını yandırıb
13-08-2026, 19:05
Mikroavtobus sürücüsü saxlanılıb
13-08-2026, 17:18
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
12-08-2026, 17:21
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
12-08-2026, 17:00
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
12-08-2026, 10:20
Qohumlarının yaşadığı evi yandıraraq valideynlərini öldürüb
11-08-2026, 10:23
Uşaq istismarı ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb
10-08-2026, 19:14
Kafedə dörd nəfər zəhərləndi, cinayət işi açıldı
10-08-2026, 17:39
Təqaüdçü valideynlərinə işgəncə verməkdə ittiham olunan kişi həbs edilib
9-08-2026, 18:39
Təcili yardım maşınına balta ilə hücum edilib
9-08-2026, 17:29
Bir kişi qızı müdafiə edən əlil SVO üzvünü döyüb
6-08-2026, 20:21
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
5-08-2026, 20:35
Sərxoş ata azyaşlı qızını döyüb
2-08-2026, 21:12
Serbiyada rus qadınının qətlində şübhəli bilinən şəxs bunu qısqanclıqdan etmiş ola bilər
2-08-2026, 20:39
Anası ilə mübahisədən sonra evdən çıxan məktəbli qız tapılıb
2-08-2026, 20:14
Toyda baş verən qaz partlayışı ilə bağlı araşdırma aparılır