12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18:06 / 19-10-2026
İspaniyada Adam fırtınası nəticəsində dörd nəfər ölüb
18:02 / 19-10-2026
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
17:59 / 19-10-2026
İran Kiyevi Xəzər bölgəsində iğtişaşlar yaratmaqda ittiham etdi
17:54 / 19-10-2026
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
17:50 / 19-10-2026
Çin dron ixracı qaydalarını sərtləşdirəcək
21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
“Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq”
Tarix: 11-11-2020 21:43 | Bölmə: Cəmiyyət
"İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Ordusu bir daha dünyanın 50 ən güclülərindən biri olduğunu təsdiqlədi. Xarici havadarlarına güvənən düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Nəhayət diz çökdü".
Bu fikirləri "Qafqazinfo"ya Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, buna qədər də Ermənistan rəhbərliyi 3 dəfə ağ bayraq qaldırmışdı. Əgər Paşinyan əvvəllər Azərbaycana heç bir güzəştin olmayacağını bəyan edirdisə, indi ağ bayraq qaldırıb təslim oldu: "Düşünülmüş hərbi əməliyyatlar, ordumuzun peşəkarlığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi, qətiyyətli siyasətçi və dövlət başçısı olması bir daha özünü büruzə verdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Möhtərəm Prezidentimiz bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.
Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə bir daha dünyaya sübut etdi ki, bir qarış da olsun torpağımız işğalda qalmayacaq. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.
Noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həmin gün Azərbaycanın Ermənistan üzərindəki qələbəsi rəsmən elan olundu. Dövlətimizin başçısı İlham Əliyev həmin gün xalqa müraciətində də bunu xüsusi vurğuladı: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.
Dövlətimizin başçısı bu bəyanatın bizim şanlı qələbəmiz olduğunu və bu müjdəni Azərbaycan xalqına verdiyinə görə çox şad olduğunu bildirdi. Bu bəyanatın imzalanmasının səbəblərindən biri düşmən üzərindəki parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Bizim Şuşaya qayıtmamız, Şuşanı qaytarmamız Ermənistanın məğlubiyyətini reallaşdırdı. Artıq həm Şuşaya, həm də işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, özlərinə yeni ev-eşik quracaq və doğma ata-baba yurdlarında təhlükəsiz yaşayacaqlar. Müzəffər Ali Baş Komandanımız yenilməz ordumuzun gücü ilə 30 illik yurd həsrətinə son qoydu.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün bundan sonra da əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Vəhşiləşmiş ermənilər bütün binalarımızı dağıdıb, tarixi abidələrimizi məhv edib, muzeylərimizi talan edib. O cümlədən təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda dağıdılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək, qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.
Artıq düşməndən azad olunmuş ərazilərin qorunmasında sülhməramlı qüvvələr də iştirak edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatın 5–ci bəndində də göstərilir: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
Sülhməramlı vəzifələr nədir? Sülhməramlıların əsas vəzifəsi döyüşən tərəfləri barışdırmaqdır. Bu məqsədlə:
- münaqişə tərəflərinin sazişə riayət etməsini izləmək;
- silahlı toqquşmaların qarşısını almaq;
- xarici qüvvələr tərəfindən münaqişə iştirakçılarına silah verilməsinin qarşısını almaq;
- mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq;
- nümayəndə heyətlərinin qorunmasını təmin etmək;
- mülki əhaliyə kömək etmək.
Artıq Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Qardaş Türkiyə Prezidentinin “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” deməsi “bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizin ortaya qoyulmasının təsdiqidir. Hər iki ölkənin vətəndaşları da tam əmindirlər ki, bundan sonra da bir millət, iki dövlət olaraq bu yolla irəliləyəcək.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Azərbaycan əldə etdiyi tarixi Qələbə ilə bir daha dünyanın güclü, inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi".
Baxış sayı: 517
Bölməyə aid digər xəbərlər

Dünən, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
Dünən, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
Dünən, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib