22:06 / 01-09-2026
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
20:47 / 01-09-2026
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
20:43 / 01-09-2026
Putin: "2025-ci ildə Türkiyəyə təxminən 7 milyon rus turisti səfər edib"
20:39 / 01-09-2026
İnsanlara kürəklə hücum edən kişinin qumar aludəçisi olduğu ortaya çıxdı
20:32 / 01-09-2026
ABŞ növbəti iki həftə ərzində İranla əməliyyatlara görə banklara sanksiya tətbiq edə bilər
20:28 / 01-09-2026
Futbolçu Rüdiger Almaniya Milli Komandasından təqaüdə çıxdı
20:24 / 01-09-2026
Katamaran böyük dərinliklərdə tapılıb
20:16 / 01-09-2026
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
20:10 / 01-09-2026
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
20:05 / 01-09-2026
105 illik yüksək temperatur rekordunu qırdı
20:02 / 01-09-2026
Angelina Jolie Poltavaya gəldi
19:59 / 01-09-2026
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
12:45 / 01-09-2026
ŞƏT lisenziyasız peyk internet xidmətlərinin göstərilməsini pozuntu kimi qəbul edib
12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
“Ordumuzun zəfəri iradənizin real nəticəsidir” - Prezidentə yazırlar
Tarix: 07-11-2020 19:19 | Bölmə: Cəmiyyət
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkədaxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” həmin məktublardan bir neçəsini təqdim edir:
Erdal Aksoydan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident,
Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik!
Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq Qələbəyə ümidləndirir
Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni Qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcədə dünyanın bir çox məşhur KİV-lərinə verdiyiniz müsahibələrinizi diqqətlə dinlədik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik.
Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük Qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq.
Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq!
Qarabağ Azərbaycandır!
Zəfər Azərbaycanındır!
Etibar Həşimovdan, Köln, Almaniya
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Qarabağın azadlığı uğrunda yürütdüyünüz siyasətə, qələbəmizə və şanlı tarix yazdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
Siz “XXI əsr türk dünyası əsri olacaq” ifadənizi sübut edərək bu qələbələrlə dünyaya Türkün gücünü göstərdiniz.
Bir Azərbaycan vətəndaşı olaraq Sizi dəstəkləyir, Sizinlə fəxr edirəm. Allah yar və yardımçınız olsun, inşallah!
Qarabag Azərbaycandır!
Mahmud Əsədovdan, Qubadlı, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
27 ildən sonra bizə yaşatdığınız sevinc hissinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizi sevir və yürütdüyünüz siyəsətin daim arxasındadır. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz əminik ki, Qarabağın azad ediləcəyi gün elə də uzaq deyil. Allah Sizi və Ordumzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!
Aqşin Rəhimovdan, Sabirabad, Azərbaycan

Sizin müdrik rəhbərliyiniz və şanlı Ordumuzun rəşadəti ilə torpaqlarımız mənfur erməni qəsbkarlarından azad olunur. Biz əmin idik ki, Siz bu haqq davasını başa çatdıracaq və müzəffər bir sərkərdə kimi tariximizə şanlı səhifələr yazacaqsınız. Biz inanırıq ki, çox yaxın zamanda Azərbaycanın üçrəngli şanlı Bayrağı Qarabağın ən uca zirvəsində dalğalanacaqdır. Qarabağ Azərbaycandır!
Xatay Vəliyevdən, Samux, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizənizi dəstəkləyir və qazanılan qələbələr münasibətilə Sizi, Azərbaycanın mübariz Ordusunu və xalqımızı təbrik edirəm. Bu haqq savaşımızda bizə mənəvi dəstək olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk qardaşlarımıza da şəxsən öz minnətdarlığımı bildirirəm. Yaşasın bir millət, iki dövlət – Azərbaycan və Türkiyə! Bizə mübarizəmizdə mənəvi dəstək olan Pakistan xalqına və onun Prezidentinə də öz minnətdarlığımı bildirirəm.
Biz də Samux rayonunun gəncləri olaraq, Vətənimiz, Ordumuz üçün əlimizdən gələni etməyə hazırıq və döyüşən əskərlərimizə hayanıq. Rayonumuzun yetirməsi olan hərbiçilərimiz ön cəbhədə düşmənə qarşı vuruşur.
Cənab Ali Baş Komandan, Allah Sizi, Azərbaycan xalqını, qəhrəman hərbçilərimizi və bütün Türk dünyasını qorusun.
Təşəkkül Məmmədovdan, Ağdam, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Ərazi bütövlüyümüzün bərpası yolunda atdığınız qətiyyətli addımlardan hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirəm. Biz Sizinlə fəxr edirik. Sizin müdrik siyasətiniz və şanlı Ordumuzun igid oğulları sayəsində qazandığımız qələbələr bizi çox sevindirir. Eyni zamanda sevinirik ki, Vətənin cəsur övladları torpaqlarımızla bərabər, erməni vandallarının qurbanı olmuş neçə-neçə körpə balaların, qız-gəlinlərin, şəhidlərimizin qisasını alırlar. Uca Tanrı bu yolda Sizlərə yardımçı olsun.
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın müzəffər Ordumuz!
Bəhruz Hüseynovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, humanist rəhbər, müzəffər Ali Baş Komandan!
Azərbaycan dövlətinin və xalqının 2003-cü ildə növbəti dəfə bəxti gətirdi ki, Ulu Öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir Lider rəhbərlik etdi. Hər addımında qələbə duyulan, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik.
Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və qüdrətli ölkəmizin son illər əldə etdiyi bu nailiyyətlər, qazandığı uğurlar Sizin və Ulu Öndərin adı ilə bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, praqmatik, enerjili, qətiyyətli, müdrik və humanist bir Lider lazımdır.
Doğma Vətənimizi işıqlı gələcəyə doğru inamla aparın, cənab Ali Baş Komandan! Allah bu yolda Sizə kömək olsun.
Allah Sizi, xalqımızı və millətimizi qorusun!
Elxan Hacıyevdən, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident,
Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız bu müqəddəs müharibədə Sizə və müzəffər Ordumuza yeni qələbələr arzu edirik. Əminəm ki, işğal edilmiş bütün torpaqlarımızı azad edəcəyik və üçrəngli Bayrağımızı Şuşa şəhərində dalğalandıracağıq.
Allah Sizə və Şanlı Ordumuza qüvvət versin!
Qarabağ Azərbaycandır!
Zahir Kazımovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni ailəliklə dəstəkləyir və alqışlayırıq. Azərbaycan xalqına yaşatdığınız fərəh və qürur hisslərinə görə Sizə minnətdarıq.
Allah Sizi və qüdrətli Azərbaycan Ordusunu qorusun!
Zəfərlərlə dolu tarixi günlərin şahidi olduğumuz üçün çox xoşbəxtik. İnanırıq ki, 30 ilə yaxın çəkdiyimiz ağrı-acılı torpaq həsrətinə tezliklə böyük Qələbənizlə son qoyacaqsınız.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Zamiq Cahangirlidən, Beyləqan, Azərbaycan
Salam, cənab Prezident.
Son beş yüz ilin Azərbaycan tarixinə bir dövlət başçısı, bir sərkərdə kimi misli görünməmiş bir imza atırsınız. Sizin bütün fəaliyyətiniz siyasi, hərbi, tarixi və başqa dissertasiyaların yazılmasına rəvac verir, yeni elmi araşdırmaların predmetinə çevrilir. Hazırda yazılan yeni tariximizə görə Siz bir dəfə deyil, bir neçə dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməlisiniz. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə etdikləriniz üçün Sizə çox minnətdaram. Allah yar və yardımçınız olsun.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Nəhmət Bayramovdan, Sumqayıt, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Otuz ildə birinci dəfədir ki, öz ad günümü alnıaçıq, üzüağ qarşıladım. Bu, Sizin iradənizin real nəticəsidir.
Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda bir az yaşım çox olsa da, mən də cavanlarımız kimi döyüşə hazıram.
Bizim gücümüz bizim birliyimizdədir. Bu birliyi yaradan Sizsiniz. Allah Sizi qorusun!
Mayıl Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Uzaqgörən siyasətiniz, gərgin əməyiniz nəticəsində Azərbaycan xalqının qəhrəmanlığını, igidliyini, cəsarətini sübut etdiniz. Vətənpərvərlik ruhunda atdığınız bütün addımlarla, verdiyiniz qürurverici qərarlarla uzun müddətdən bəri gözlədiyimiz günləri bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Sizin komandanlığınız altında son günlərdə cəbhədə tarix yazan, Azərbaycan bayrağını Qarabağımıza qaytaran şanlı, müzəffər Azərbaycan Ordusuna eşq olsun! Siz, Azərbaycan dövlətinin bütövlüyünü və əbədiliyini təmin edir və gələcək nəsillər üçün daha da qüdrətli və təhlükəsiz bir Azərbaycan inşa edirsiniz.
Mən I qrup Qarabağ müharibəsi əliliyəm. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə əsir götürülmüşdüm. Ağır dözülməz işgəncələrə məruz qalmışam. Vəhşi ermənilər qollarımı, ayaqlarımı sındırıblar, sinəmə hələ də izi qalan qaynar xaç damğası vurublar. Bunların nəticəsində sağalmaz xəstəliklərə düçar olmuşam.
Ailəliyəm, iki övladım var. Dövlətimdən, Sizdən çox razıyam, bütün qərarlarınızı dəstəkləyirəm. Respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olmasında Sizin böyük rolunuz var. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.
Siz bu Vətənin mərd, igid, qəhrəman oğlusunuz. Bütün Qarabağ qazilərinin isə böyük hörməti və ehtiramı var.
Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüz uğrunda apardığınız haqq mübarizənizə mən də qoşulub döyüşlərdə iştirak etmək istəyirəm. Mənim buna tam haqqım var. Çünki işğalçı erməni alçaqların mənə verdiyi ağır işgəncələr mənim heç vaxt yadımdan çaxmayacaq, bu işgəncələr mənim həyatımda iz qoyub. Qisas almaq günüdür.
Sumayə Muxtarovadan, Şəki, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən Sizinlə qürur duyuram. Sizin xarici ölkələrin jurnalistlərinə verdiyiniz müsahibələr zamanı göstərdiyiniz qətiyyətli mövqeyiniz, tarixə söykənən savadlı və məntiqi cavablarınız göstərir ki, biz haqlı olaraq Sizinlə fəxr edirik. Bütün çıxışlarınızı və müsahibələrinizi izləyirəm. Elə səbr, elə təmkinlə verilən sualları cavablandırırsınız ki, Sizə heyran qalmamaq mümkün deyil.
Siz xalqımıza kəndlərin və şəhərlərin azad olunması xəbərini çatdırır, bununla da hər bir azərbaycanlı ailəsinə sevinc və fərəh anları yaşadırsınız. Deməli, Siz və igid əsgərlərimiz sevinc və qürur paylayıcılarısınız. Mən Ali Baş Komandanımız başda olmaqla, qüdrətli Azərbaycan Ordusuna, xalqımıza və Azərbaycanı sevən bütün yaxşı insanlara cansağlığı və böyük uğurlar arzulayıram. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Buna ürəkdən inanırıq. Bu inamı bizə Siz və cəsur zabit və əsgərlərimiz verir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə və ailələrinə səbr, təmkin versin. Amin! Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm.
Güc birlikdədir. Qarabağ Azərbaycandır!
Baxış sayı: 559
Bölməyə aid digər xəbərlər

Dünən, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
31-08-2026, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
31-08-2026, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb
18-08-2026, 12:35
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
17-08-2026, 19:43
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
17-08-2026, 19:38
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
17-08-2026, 19:27
Transformator yarımstansiyasını yandırıb
13-08-2026, 19:05
Mikroavtobus sürücüsü saxlanılıb
13-08-2026, 17:18
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
12-08-2026, 17:21
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
12-08-2026, 17:00
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
12-08-2026, 10:20
Qohumlarının yaşadığı evi yandıraraq valideynlərini öldürüb
11-08-2026, 10:23
Uşaq istismarı ilə bağlı cinayət işi üzrə hökm çıxarılıb
10-08-2026, 19:14
Kafedə dörd nəfər zəhərləndi, cinayət işi açıldı
10-08-2026, 17:39
Təqaüdçü valideynlərinə işgəncə verməkdə ittiham olunan kişi həbs edilib
9-08-2026, 18:39
Təcili yardım maşınına balta ilə hücum edilib
9-08-2026, 17:29
Bir kişi qızı müdafiə edən əlil SVO üzvünü döyüb
6-08-2026, 20:21
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
5-08-2026, 20:35
Sərxoş ata azyaşlı qızını döyüb
2-08-2026, 21:12
Serbiyada rus qadınının qətlində şübhəli bilinən şəxs bunu qısqanclıqdan etmiş ola bilər
2-08-2026, 20:39
Anası ilə mübahisədən sonra evdən çıxan məktəbli qız tapılıb
2-08-2026, 20:14
Toyda baş verən qaz partlayışı ilə bağlı araşdırma aparılır