Bütün xəbərlər
Xocalı qatili Seyran Ohanyan ağır yaralandı
Tarix: 07-11-2020 01:20 | Bölmə: Cəmiyyət

                  Xocalı qatili Seyran Ohanyan ağır yaralandı


Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər.
Qeyd edəkl ki, bundan əvvəl isə Ohanyanın Şuşanın hərbi komendantı “təyin edilməsi” məlum olub.
Xatırladaq ki, Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.


Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər