11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
“Orda elə oğullar döyüşür ki...” - Düşmənin 7 tankını məhv edən hərbçimiz-VİDEO
Tarix: 02-11-2020 21:38 | Bölmə: Cəmiyyət

                  “Orda elə oğullar döyüşür ki...”


“İlk növbədə demək istiyirəm ki, mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm. Bunu millətimə görə, Xalqıma görə, işğalda olan torpağıma görə etmişəm. Mən öz etdiyimi qəhrəmanlıq saymıram”.
“Qafqazinfo” xəbər verir ki, bunu düşmənin 7 tankını məhv edən 26 yaşlı hərbçimiz  Rüfət Əsəddullayev AzTV-nin Astara rayonun Ərçivan kəndində onun evindən hazırladığı reportajında bildirib.
“Düşmənlə döyüşən elə hərbçilərimiz var ki, mənim etdiyim onların yanında zərrə qədər görünür. Mən həmişə fəxr etmişəm ki, bu Orduda xidmət edirəm. Talış, ləzgi ayrıseçkiliyi olmadan Orduda olan hamı azərbaycanlıdır. Hamir bir nəfər kimi Ali Baş Komandanın ətrafına yığışıb. Bu dəqiqə nə əmr versə, onu hamı yerinə yetirəcək”, - deyə Rüfət bildirib.
Rüfətin atası Eldar Əsədullayev deyir ki, 27 ildir torpaqlarımız işğal olunub, bu 27 ildə hər dəfə bu sözü eşidəndə əsəbiləşərdik: “İndi Prezidentin çıxışına qulaq asanda sevinirik. İstəyirik ki, hər gün çıxış etsin. Bir gün çıxış etməyəndə sabahı gözləyirik ki, sabah çıxış edəcək. Biz dövlətimizlə fəxr edirik”.
Qəhrəmanımızın anası Gülşən Əsədullayeva deyib ki, Allah bütün övladları qorusun, sağ-salamat evlərinə gəlsinlər: “Heç bir ananı şəhid övladla sınağa çəkməsin. Allah şəhidlərimizi rəhmət eləsin. Yaralılara şəfa diləyirəm”.  

             



Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər
Dünən, 11:24 Avtomobil suya düşüb