21:43 / 18-10-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Tarix: 31-10-2020 12:09 | Bölmə: Cəmiyyət

                   Qarabağda PKK/YPG terrorçuları məhv edilir


Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir.
“Qafqazinfo”nun Ordu.az-a istinadən məlumatına görə, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks hücum əməliyyatları zamanı məhv edilib.
Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub.
Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən "Qamışlı Hərbi Şurası" qruplaşması tərkibində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror əməliyyatlarında iştirak edib.



Baxış sayı: 706


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib