Bütün xəbərlər
Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf alıb
Tarix: 25-10-2020 14:54 | Bölmə: Cəmiyyət

                 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf alıb


Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq  aşkar  edib.
Bildirilib ki, düşmən mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edir.
 



Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər