Bütün xəbərlər
Bu gündən iki şəhər və 5 kəndə giriş-çıxış dayandırılır
Tarix: 14-10-2020 02:45 | Bölmə: Cəmiyyət

                  Bu gündən iki şəhər və 5 kəndə giriş-çıxış dayandırılır


Bu gündən Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış bu gündən dayandırılıb.
"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış 14 oktyabr saat 00:00-dan dayandırılır.
Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.


Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər