Bütün xəbərlər
“Bilirəm ki, xalq qovmaqla bağlı sözlərimi bəyənib”
Tarix: 09-10-2020 22:05 | Bölmə: Cəmiyyət

                  “Bilirəm ki, xalq qovmaqla bağlı sözlərimi bəyənib”


“Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalq mənim bu sözlərimi bəyənib. Qovacağıq onları axıra qədər”.
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.
Prezident xalqa müraciətini bu nidalarla tamamlayıb:
“Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.


Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər