12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Mehriban Əliyevadan PAYLAŞIM - Kəndlərin azad olunması ilə bağlı
Tarix: 04-10-2020 00:51 | Bölmə: Cəmiyyət

                   Mehriban Əliyevadan PAYLAŞIM -Kəndlərin azad olunması ilə bağlı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun daha bir neçə kəndi işğaldan azad etməsi münasibətilə "Instagram"da paylaşım edib.
Unikal.org xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter"də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.
Dövlət başçısı yazıb:
"Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.
Qarabağ Azərbaycandır!"

Mehriban Əliyevadan PAYLAŞIM -Kəndlərin azad olunması ilə bağlı





















Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər