12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə - Müraciət
Tarix: 01-10-2020 21:53 | Bölmə: Cəmiyyət

                      Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə


"Hərbi vəziyyət elan olunmuş dövrdə paytaxt Bakıda saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. Komendant saatının qüvvədə olduğu müddətdə şəxslər yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə bilərlər".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir. 
Bildirilir ki, bununla əlaqədar komendant saatının tətbiq edildiyi müddətdə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər