Bütün xəbərlər
Kiçik toy məclisi təşkil edənlər cərimələndi - Foto
Tarix: 13-07-2020 14:51 | Bölmə: Cəmiyyət

                  Kiçik toy məclisi təşkil edənlər cərimələndi - Foto

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna kiçik toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. 
“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.
 

                 


Baxış sayı: 420


Bölməyə aid digər xəbərlər