Bütün xəbərlər
"Azərbaycanda aparılan islahatlara mühüm töhfə verəcək bir parlament olacaq"-Arzu Nağıyev
Tarix: 10-03-2020 16:58 | Bölmə: Siyasət

                    "Azərbaycanda aparılan islahatlara mühüm töhfə verəcək bir parlament olacaq"-Arzu Nağıyev

Bu gün Milli Məclis Altıncı Çağırış üzrə ilk iclasını keçirib. Sonxeber.az-ın parlament müxbiri millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Millət vəkili Prezident İlham Əliyevin çıxışı ilə bağlı fikirlərini bölüşüb:
"Cənab Prezidentin çox mühüm çıxışı oldu. Düşünürəm ki, həm iqtisadi cəhətdən olan islahatlara, həm də siyasi islahatlara da çox mühüm yer ayırdı. Prezident həmçinin deputatlara öz tövsiyələrini verdi. Düşünürəm ki, həm komissiyaların formalaşması, həm də Milli Məclisə yeni rəhbərliyin təyin olunması çox mühüm məsələdir. Demək olar ki, təmsil olunan bütün fraksiaların nümayəndələri və müavinləri də oldu.
Komitələrə demək olar ki, peşəkarlar sədr təyin olundu. Düşünürəm ki, gələcəkdə Azərbaycanda aparılan islahatlara mühüm töhfə verəcək bir parlament olacaq. Mən çalışacam ki, təhlükəsizlik, eyni zamanda sosial məsələlərlə bağlı komitədə olum".


Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər