21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
“İnanırıq ki, seçkilər islahatlar dövrünün yeni səhifəsini açacaq” - Nahid Bağırov
Tarix: 23-01-2020 13:17 | Bölmə: Siyasət
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri, 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nahid Bağırov “Yeni parlamentdən yeni gözləntilər” adlı məqalə yazıb. O bildirib ki, seçici ilə sıx ünsiyyət qurmaq hər bir deputatın əsas vəzifəsi olmalıdır.
“Qafqazinfo” sözügedən yazını təqdim edir:
Ölkənin dinamik inkişafının mühüm şərtlərindən biri də sistemli islahatların həyata keçirilməsidir. Məhz məqsədyönlü, ardıcıl və bütün sahələri əhatə edən kompleks islahatlar idarəetmənin təkmilləşdirilməsini, daha geniş mənada isə ölkə qarşısında dayanan strateji hədəflərin əlçatanlığını təmin edir. İslahatlar həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, ölkə vətəndaşlarının həyatının keyfiyyətinə birbaşa təsir göstərir və deməli, vətəndaş məmnunluğu baxımından da son dərəcə vacibdir.
Azərbaycanın bütün sahələrini əhatə edən islahatlar son vaxtlar xüsusilə sürətlənib və daha geniş, əhatəli xarakter alıb. Bu islahatlar sırasında kadr və struktur islahatlarının da xüsusi yerinin olması isə məhz hərtərəflilik və sistemliliyin təmin edilməsi məqsədinə bağlıdır. İslahatların ölkəmizin ümumi inkişafında roluna gəlincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə və islahatların mahiyyətinə tam aydınlıq gətirib: “Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər”.
Son dövrlərdə aparılan islahatların ən mühüm xüsusiyyəti məhz müasir çağırışlara əsaslanmasıdır. Aydındır ki, indi dünyadakı inkişaf templəri sürətlə dəyişir, qlobal çağırışlar artır və inkişafı hədəfləyən ölkə birmənalı olaraq bu çağırışlara cavab verməyə hazır olmalıdır. Elə cəmiyyətin özü də daim yenilənməkdədir və təbii ki, idarəetmə bu tempə uyğunlaşmağı bacarmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi “işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək”.
Sözsüz ki, müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar qanunverici orqandan da yan keçə bilməz. Hakimiyyətin digər qollarında islahatların getdiyi bir dövrdə parlamentin bu prosesdən kənarda qalmaması son dərəcə vacib məsələdir. İlk növbədə ona görə ki, ölkənin inkişafı üçün daha təkmil, müasir çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması vəzifəsi məhz parlamentin üzərinə düşür. Bunun üçün isə, şübhəsiz ki, deputatların özlərinin də işə yanaşma tərzi dəyişməli, onlar daha çevik, daha müasir düşüncə tərzinə malik olmalı, müasir dünyanın çağırışlarını bilməli, qlobal inkişaf templərini tutmağı bacarmalıdırlar. İndi kənd və ya şəhərdəki seçki dairəsindən seçilməsindən asılı olmayaraq, hər bir deputatın əsas vəzifəsi seçici ilə sıx ünsiyyət qurmaq, birbaşa işləmək olmalıdır. Bax, yeni Milli Məclisdən ən böyük gözlənti də məhz ölkə seçicisinin qarşısına bu xüsusiyyətlərə malik yeni tərkibdə çıxması ilə bağlıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin”.
Dövlət başçısının yeni seçiləcək deputatlara tövsiyəsi isə odur ki, “onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq”. Bu mənada yeni parlamentin əsas missiyası məhz ictimai nəzarətə əsaslanan deputat-seçici münasibətlərinin qurulması olmalıdır.
Deputat seçicinin səsini eşitməli, sözünü dinləməli və buna müvafiq olaraq, onunla digər qurumlar arasında körpüyə çevrilməyi bacarmalıdır. Deputat əhalinin ən müxtəlif qruplarının problemlərindən xəbərdar olmalı və bu problemlərin əlaqədar orqanlara çatdırılması, zərurət olduqda onların həllinə xidmət edən qanunvericilik təşəbbüsləri ilə çıxış etmək kimi mühüm istiqamətləri özünün əsas vəzifəsi olaraq dərk etməlidir. Başqa sözlə, yeni çağırışlar dövründə istər ayrı-ayrı deputatlar, istərsə də bütövlükdə parlament geniş mənada vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmalı, xalqa xidməti özünün müqəddəs vəzifəsi bilməlidir. Nöbbədənkənar parlament seçkilərinin keçirilməsi üçün seçilmiş majoritar sistem bu məqsədlərə nail olmaq baxımından seçicilər üçün ən uyğun sistemdir. Bir şərtlə ki, ölkə Prezidentinin vurğuladığı kimi, “seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun”.
İnanırıq ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bütün gözləntiləri doğruldaraq, islahatlar dövrünün yeni səhifəsini açacaq. Ümidvarıq ki, yeni parlament zaman və vətəndaşların çağırışlarına səs verərək, Azərbaycan tarixinin ən genişmiqyaslı islahatlar dövrünün növbəti uğurlarına öz töhfəsini verməyə nail olacaq.

Baxış sayı: 777
Bölməyə aid digər xəbərlər

16-07-2026, 20:47
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
16-07-2026, 16:49
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16-07-2026, 16:38
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16-07-2026, 16:17
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
15-07-2026, 20:01
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
15-07-2026, 19:58
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
15-07-2026, 19:34
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
15-07-2026, 19:22
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
13-07-2026, 19:23
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
12-07-2026, 20:10
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
10-07-2026, 20:24
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
8-07-2026, 21:04
Politoloq: "NATO zirvəsi Türkiyə ilə Rusiya arasındakı əlaqələri pozmaq məqsədi daşıyır"
7-07-2026, 20:40
Ermənistan məhkəməsi müxalifət partiyasının rəhbərini həbs edib
7-07-2026, 20:33
Peskov: "Ukraynanın vəziyyəti hər gün pisləşir"
7-07-2026, 20:26
Bu qanun həm də gənclərin maliyyə savadlılığının yüksəldilməsinə töhfə verəcək-Könül Nurullayeva
6-07-2026, 19:57
Rusiya İranın nüvə məsələsinin həllində iştirak etmək niyyətindədir
6-07-2026, 19:53
Rusiya İsveçdən Vyana Konvensiyasına riayət etməyi tələb etdi
6-07-2026, 19:25
Mişustin və Paşinyan təxminən 90 dəqiqəlik görüş keçiriblər
6-07-2026, 19:22
Vitkov və Kuşnerin Rusiyaya səfəri ilə bağlı açıqlama verdi
6-07-2026, 19:17
Rusiyanın Bakıdakı səfiri Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb
5-07-2026, 21:28
Azərbaycanın sülh diplomatiyası
5-07-2026, 21:16
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
5-07-2026, 18:52
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
3-07-2026, 21:08
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
3-07-2026, 20:14
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
2-07-2026, 17:50
Amerikalı Dudakov ABŞ-da böyük üçüncü partiyanın yaradılmasını qeyri-mümkün adlandırır
2-07-2026, 17:27
Polşa ukraynalıların hüquqlarını digər xarici vətəndaşlarla bərabərləşdirmək qərarına gəlib
2-07-2026, 13:58
Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır-Könül Nurullayeva
1-07-2026, 19:04
Federasiya Şurası ABŞ-ın NATO-nun genişlənməsi ilə bağlı yalanını təsdiqləyən sənəd yayımladı
30-06-2026, 21:59
Finlandiya Rusiyaya hücum üçün tramplin olacaq
30-06-2026, 16:46
Putin və Tokayev strateji tərəfdaşlığın inkişafını müzakirə etdilər
29-06-2026, 20:51
Paşinyan yaxın gələcəkdə Putinlə əlaqə saxlamağı gözləyir
29-06-2026, 20:33
11 rus vətəndaşının azad edilməsi məsələsini müzakirə edəcək
29-06-2026, 20:23
Rusiya Xarici İşlər Nazirliyi Avropadan məqbul danışıq aparan üçün meyarları açıqlayıb
29-06-2026, 20:00
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın AB ilə yaxınlaşmaq üçün praktik addımlar atdığını bildirib
29-06-2026, 19:52
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı nüvə silahlarının yerləşdirilməsinin nəticələri ilə bağlı xəbərdar etdi
28-06-2026, 21:43
Finlandiya xarici işlər naziri Rusiya ilə danışıqların vaxtının hələ tam çatmadığını bildirdi
28-06-2026, 13:19
Lukaşenko Asiyaya böyük səfərə yola düşür
28-06-2026, 12:55
Medvedev bildirib ki, Rusiya Ermənistan hakimiyyətinin niyyətlərini onların hərəkətlərinə əsasən qiymətləndirəcək