Bütün xəbərlər
Yavər Camalovun oğlu deputatlığa namizəd oldu
Tarix: 09-01-2020 03:19 | Bölmə: Siyasət
                     

Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu barədə Modern.az-a 46 saylı Şirvan seçki dairəsindən məlumat verilib.
Bildirilib ki, Rəşad Camalov deputatlığa namizəd olmaq üçün sənədlərini bir neçə gün qabaq DSK-ya təqdim edib:
“Rəşad Camalovun namizədliyi DSK tərəfindən qeydə alınıb. O, müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək”.
Qeyd edək ki, Rəşad Camalov seçkilərdə YAP-ın namizədi Azər Quliyevlə mübarizə aparacaq.


Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər