13:57 / 27-01-2020
TƏBRİK EDİRİK!
09:01 / 26-01-2020
TƏBRİK EDİRİK!
22:27 / 25-01-2020
Əli Əsədovdan yeni qərar
Putinin Baş Nazir postuna namizədi açıqlandı
Tarix: 15-01-2020 23:57 | Bölmə: Dünya

                  Putinin Baş Nazir postuna namizədi açıqlandı

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.
“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq. 
Qeyd edək ki, bu gün Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər