Çərşənbə, 23 aprel 2025, 01:59:53  
Son xəbərlər:
Bütün xəbərlər
Fermada köləlikdən xilas edilənlərdən birinin vəziyyəti ağır olaraq qalır
Tarix: 09-04-2025 11:06 | Bölmə: Sosial

Yakutiyada fermerlər tərəfindən əsir götürülən kişilərdən birinin vəziyyəti ağır, lakin stabil olaraq qalır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ona hər cür köməklik göstərilir.
Respublikanın Nyurbinski rayonunun Kyundyadya kəndində heyvandarlıq fermasının sahibləri tərəfindən zorla saxlanılan 51 və 30 yaşlı iki işçi xilas edilib. TASS-ın məlumatına görə, yaşlı kişi daha ağır yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib və həkim nəzarətindədir.
Kişilərdən birinin qaçıb kömək istəməsindən sonra vəziyyət üzə çıxıb. Zorakılıq tətbiq etməklə qul əməyindən istifadə və ondan istifadə hədəsi ilə bağlı cinayət işi açılıb.Fermerlər həbs edilib.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib