22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib
Tarix: 08-12-2022 19:36 | Bölmə: Sosial


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Basqal Hotelin təşkilatçılığı ilə  Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib.
Sabaha-inamla.az xəbər verir ki,tədbirdə İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurovvə İsmayıllı İntellektual Oyunlar Klubunun sədri çıxış edib.
Taleh Salehov bildirib ki, bu cür intellektual layihələrin təşkili region gənclərinin fundamental inkişafına dəstək göstərir. Peşəkar kadr olaraq gənclərin yetişməsində önəmli məsələlərdəndir.
Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu ictimai birliyi və Basqal Hotelin birgə təşkilatçılığı ilə keçirilən Nə? Harada? Nə zaman? Intelelktual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsi regionların yarışdığı ən mötəbər turnirdir.
Azad Manaflı isə çıxışında bildirib ki, region gəncləri üçün önəmli layihələrdəndir. Gənclərin intellektual inkişafında dövlətin də xüsusi marağı var. Gələcəkdə bu tip layihələr genişləndiriləcək və gənclər üçün yeni imkanlar yaradılacaqdır.
5 regionda təşkil edilən seçim turunda ümumilikdə 70-dən artıq komanda mübarizə aparıb. Digər regionların da komandalarından ibarət 28 komanda finalda qalibiyyət uğrunda gərgin mübarizə apararaq Lənkaran şəhərinin “ATOM” III yer, Gəncə şəhərinin “Mindhunters” II yer və 2022-ci il üzrə Regional Azərbaycan Çempionu Gədəbəyin “Liberland” komandası olmuşdur. Qalib komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr, kubok və medallar ilə mükafatlandırılıb.
Qeyd edək ki, layihənin keçirilməsində əsas  məqsəd regionların intellektual potensialının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaqdır.
Sabaha-inamla.az








Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu