22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
Bakıda yetişdirilsə də Horadiz bənövşəsidir...-Bahar Muradova yazır
Tarix: 23-03-2022 21:36 | Bölmə: Sosial

-Təxminən on beş il olar ki, Horadizdə ANAMA nın bağçasından torpağı ilə bir yerdə çıxarıb bağda əkmək üçün gətirdiyim çobanyastığı topasının yanında üç-dörd yarpaq bənövşənin olduğunu görəndə çox sevinmişdim.İçimdə güclü bir hiss Novruz bayramı ərəfəsində bunun yaxşı bir əlamət olduğunu mənə deyirdi.
O qədər kiçik və zərif idi ki, onu ayırıb başqa yerdə əkməyə ürəyim gəlmədi.Çünki Nardaranın qumsal torpağında quruyub məhv olmayacağından əmin deyildim.
İlk ildə ondan bir xəbər olmadı.Dəfələrlə çobanyastığı yarpaqlarının arasını yoxlasam da ondan bir işarəyə rast gəlmədim.
Təsadüfün mənə hədiyyəsi saydığım bu təbiət möcüzəsini qoruya bilmədiyim üçün özümü günahlandırır, bir az da bağbanı qınayırdım.
Artıq ondan əlimi üzmüşdüm.Çobanyastığı isə artıb çoxalır, bitib tükənməyən bəyaz çiçəkləri ilə göz oxşayırdı. Hətta indi daha çox onu günahkar bilirdim.Düşünürdüm ki, oz arasına heç bir alaq otunu, hətta çayırı belə buraxmayan bu bitki bənövşə kimi küskün xarakterli bir yaz çiçəyini öz qoynunda bəsləmək istəməzdi
Bir neçə dəfə ikilikdə olarkən üzümü ona tutub "öz aramızdır, heç yoldaşlığın yoxmuş ki, sənin. Füzulidən bura qədər bir yerdə gəldiyin həmyerlinə belə diqqətsizliyini necə izah edə bilərsən?"
Deyim sizə ki, daşdan səs çıxır, çobanyastığından çıxmırdı.Sanki mənim acığıma bir az da qol-qanad ataraq daha çox yeri zəbt etməyə başlamışdı..
Hər onun yanından keçəndə bu söhbətimi xatırlayır, təəssüf qarışıq hisslər keçirirdim.
Artıq on il keçmiş olardı.Çobanyastığı onun üçün ayrılmış ləkə yerləşmirdi.O qədər artıb çoxalmışdı ki, təxminən altmış-yetmiş sm. boyu olan bəyaz çiçəkləri bir-birinə dolaşırdı.
Ona qarşı incikliyimi içimdə basdıraraq bir payız bağbandan onu seyrəltməyi və bağın digər tərəflərinə də yaymağı xahiş elədim.
Yaz agzı yenə adətim üzrə qum qarışıq Bakı küləyinə və soyuğuna tab gətirərək yaza çıxmış ağac, bitki və gül kollarını diqqətlə müşahidə zamanı birdən yeri dəyişdirilmiş çobanyastığı topasının içndən kükrəyib qalxan açıq yaşıl yarpaqların arasında bükülmüş boyunlarını günəşə doğru uzadan bir neçə bənövşə düyməçəsi gözümə sataşdı.
Əvvəlcə gözümə inanmadım. Əyilib yarpaqları oyana bu yana aralayıb doğurdanda bənövşə olduğuna əmin olduqdan sonra sevincimin həddi -hüdudu olmadı.
Sonra ötən illər ərzində bu hadisə ilə əlaqədar düşüncələrimi, bənövşənin bitməsi, pöhrələməsi, çiçəkləməsının Qarabağ məsələsi, itirilmiş torpaqlarımız və mənim uşaqlıq xatirələrimlə, həmçinin gələcəyimiz,o torpaqlara qayıdışımızla bağlı bir əlamət kimi ürəyimdə kök salmasını xatırladım. Sinə dolusu rahat nəfəs aldım.
Bənövşə ilə üz-üzə bir xeyli dayandığımı sonradan fikrimdən keçənləri bir də sıraya düzərkən anladım. Həm də onu anladım ki, əslində bu bir neçə il ərzində sərt şəkildə qınadığım çobanyastığı bu zərif yaz gülünü öz qoynunda qoruyub saxlaylb.O da öz növbəsində yeni mühitin sərt sınaqlarına alışmaqla güc -qüvvət toplayıb və imkan yaranan kimi yenidən boy verərək var olduğunu, bu dünyada və onu yetirən bu torpaqda yaşamaq haqqını istifadə edəcəyini bütün ətrafına göstərib.
İçimdə sonsuz bir qürur və tükənməz bir enerji hiss edirdim. Yəni biz bu bənövşə kimi uca Tanrının bizə bəxş etdiyi bu torpaqda yaşamaq, artmaq, böyümək və güclənmək üçün bir birimizə dəstək olmaq, birlik və həmrəylik naminə şəxsi maraqlarımızdan keçməklə hər şeyə nail ola bilər və daha güclü bir şəkildə öz yurdlarımıza qayıda bilərik.
Deyim ki, bu illər ərzində nə vaxtsa bir də öz yurduma qayıda bilməyəcəyim, yaxud o günü görməyəcəyim barədə fikri yaxına buraxmadığım halda, Horadiz bənövşəsinin bu qəhrəmanlığından sonra qəti şəkildə əmin oldum ki, biz bir xalq və dövlət olaraq çox tezliklə bunu bacaracağıq.Horadizdən başlanan uğurlarımız mütləq böyük QƏLƏBƏ ilə nəticələnəcək.
İndı artıq qazandığımız Böyük Zəfərdən sonra yurdumuza Novruzun ikinci gəlişini qeyd edirik. Mən indi o uzaq keçmişdə Horadizdən Bakıya gəlmiş üç yarpaqın yaratdığı böyük bir çəmənliyin qarşısındayam. İndi minlərlə boynu bükük bənövşənin necə azad nəfəs aldığını, köklərini bu torpağa daha bərk basaraq günəşə boylandığını görür və daha böyük qürur, daha möhtəşəm fəxarət hissi keçirirəm.
İndi artıq hamımız əminik ki, bir zamanlar məcburiyyət qarşısında öz evini, yurdunu tərk edərək ölkəmizin müxtəlif regionlarında öz soydaşlarına, xalqına və dövlətinə sığınan bütün insanlar işğaldan azad olunan, hazırda isə tikilməkdə, qurulmaqda olan yurdlarına və evlərinə dönəcəklər.
Mən də qayıdacağam və o zaman öz-özümə verdiyim vədimi yerinə yetirəcəyəm. Bu dəfə sərt Abşeron iqlimində ayaqda qalmağı bacarmış və mənə böyük ümid vermiş Horadiz bənövşəsini yenidən qurulmuş yurdlarımızın hər birinə hədiyyə olaraq aparacağam.
Bütün NOVRUZ niyyətlərimizin beləcə çin olması arzusu ilə bayramımız mübarək olsun!
Baxış sayı: 680
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər