18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
“Səssizliyin Səsi Olaq!”-Cəmilə Çingizqızı
Tarix: 28-10-2021 09:12 | Bölmə: Sosial

Düz on il bundan əvvəl. Bu illər ərzində çox dəyişikliklər və yeniliklər oldu.İlk öncə “Mənim Dünyam” klubu yarandı və daha sonra “Eşitmə və Nitq Məhdudiyyəti Şəxslərə Sosial Yardım” İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı. İctimai Birliyimiz yarandığı gündən eşitmə məhdudiyyəti olan uşaqlar və onların ailələri ilə çalışdı. Bir ailə olduq. Kiçik və böyük layihələr icra etdik. Gördüyümüz və görəcəyimiz işlər çoxdu.
Problemlərimizi birgə həlli üçün əlimizdən gələni etdik.Təşkilatımızın nəzdində implantlı

uşaqlar qrupu yaratdıq. Qrupun nəzdində valideyinlərdən ibarətkönüllü daxili fond yaratdıq ki, bəzi problemlərin həllinə valideyinlərin özlərinin özlərinə dəstəyi sayəsində , az da olsa problemlərini həll edək. Uşaqlarımızın səsi olduq. Dövlət və qeyri hökümət qrumlarına, rəsmi və qeyri rəsmi, səsimizi çatdırmaq üçün müraciətlər etdik. Bəzi problemlərin həllini tapdıq, bəzi məsələlər isə çox təəssüf elə problem olaraq da qalıb. Sevindirici haldır ki, Heydər Əliyev Fondu 2015-ci ildən ölkəmizdə eşitmə məhdudiyyətli şəxslər üçün coclear implant əməliyyatını maliyyələşdirərək həyata keçirir.2021 ci ildə artıq ölkəmizdə min nəfərə yaxın insan dövlət hesabına implant əməliyyatı olunaraq normal həyata adaptasiya dövründədir. Eşitmə məhdudiyyətindən əziyyət çəkən şəxslərin bir qisminə isə dövlət tərəfindən eşitmə cihazı ilə təmin olunur.

Bu əməliyyatın ölkəmizdə dövlət səviyyəsində həyata keçirilməsinə qərar verən ölkə başçımız cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya öz şəxsim və valideyinlər adından təşəkkür bildiririk. Bir çox uşaqların süküt içində olan dünyaları, Sizin diqqət və qayğınız sayənizdə səsləndi.
Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu qədər əməliyyatların və Dövlətdən bu qədər maliyyə ayrılmasına baxmayaraq bu gün bu uşaqların problemləri azalmır. Bilirsiniz niyə? Çünki burda da manapoliya (adlarını hələki çəkmək istəmədiyimiz firmalar) öz işini görür. Düzgün olmayan sistem, dügün olmayan qaydalar və s. Bu cür xoşagəlməz hallardan əziyyət çəkən isə əməliyyat olunub daxili cihazı taxılan dünyadan bixəbər olan eşitmə məhdudiyyətli uşaq və əməliyyatdan sonra uşağın üst xarici cihazını həsrətlə gözləyən valideyin olur.Sizə qısa və sadə dildə anlaşılan bir xülasə ilə məlumat verəcəm.

İlk öncə əməliyyatdan əvvəlki etap. Dövlətə verilən implant sifarişləri düzgün seçilmir. Bu seçim uşağa görə individual yox, standart seçilir. Yox əyər individual seçimə qalanda valideyin, dövlət pulsuz adlandırdığı əməliyyat üçün səkkiz min ödəməlidir. Eləcə də eşitmə cihazları üçün verilən dövlət sifarişləri bu vəziyyətdədir. Məsələn, sanki ayaqqabı almalıyıq və bütün ayaqqabıları 36 ölçüdə sifariş edirik ki, hər kəs geyinməlidir. Əks halda pul ödəyin, Sizə uyğun olanını dövlət vermir. Sual ortaya çıxır, əyər dövlət vermirsə o zaman uşaqlara lazımsız, heç bir təsir göstərə bilməyən cihazlara niyə hər il dövlət büdcəsindən vəsait ayrılır və lazımsız cihazlara silinir və heç bir məlumatı olmayan valideyin bu cihazları bərpa mərkəzindən alıb evdə saxlayır ? Dövlətə düzgün məlumat verilsə bu hal yaşanmaz.
Tender əsaslı əməliyyat və icraçı: Ölkədə bu tenderi icra edən yəni. koxelyar əməliyyat üçün xaricdən implant gətirən iki firma var. (adlarını hələ ki, qeyd etmirəm) Kim güclüdü prinsipi ya da kimin adamı var prinsipi ilə işləyir bu hələ məlum deyil. Məlum olan odur ki, koxelyar əməliyyat yüksək peşəkar həkim tərəfindən, yüksək səviyyədə həyata keçirilərək, eşitmə məhdudiyyətli şəxsə iç cihaz (prasessor) qulaq arxası əməliyyat olunaraq yerləşdirilir.

Gəldik üst cihaza: Bu cihazı gözləmək ayrı bir mövzudu. Üst cihazı gözləyən valideyinlər cana doyaraq bizim cəmiyyətə üz tutur. Kimə desinlər buproblemi?! Tenderi icra edən firma hər söz, bəhanələr ilə valideyinləri başdan edir. Şəxsən mənə maraqlıdır, bu implanta Dövlət full komplekt üçün küllü miqdarda vəsait ayırır və bu full komplektin içinə daxil olan iç prasessor, çöl aparat, qrutma aparatı, tablet, adaptor, şunurlar və s. bilmədiyimiz daha nələr bir qutuda gəlmir?! Əməliyyat olan uşaqlar niyə aylarla üst cihazı gözləyir?! Niyə bu hissələr bir qutuda deyil də pərakəndə çəkildə Azərbaycana daxil olur?
Sonrakı etap. İmplant əməliyyatı oldu və bu uşaqların problemləri bitti deyiləcək bir anlam yoxdu. Hər şey İmplant əməliyyatından sonra baş verir. İlk etapda cihazin 5 dəfə ayarı. Bu ayarın üçünü Dövlət öz hesabına, digər ikisi və daha artığı isə hər ayar üçün 255 (iki yüz əlli beş) manatdan valideyin öz hesabına ödəməlidir. Bu ayarı da tenderi undan firma edir. O da ki, bu firmanın kefi istəyəndə . Valideyinlər şikayəti: “Çox mərhələlərdən keçərək uşağımız əməliyyat oldu, aylarla üst cihaz taxılmağını gözlədik nəhayət taxıldı,indi də ayar gözləyirik düz 4 aydır” Ayar edən mütəxəssis Azərbaycanda yoxdu.Niyə yoxdu? İmplant əməliyyatı başlayan dövürdə niyə düşünülmürdü ki, implant olduqdan sonra bunun ayarını kim edəcək?! Bəlkə elə tez tələsik uşaqları əməliyyat edib , valideyinləri böyük maliyyə yükünün altına qoymaqdansa, ilk ayar üçün mütəxəssislərin təcrübə almaqlarından başlamaq lazım idi. Gürcüstanda 30 manata olunan ayar burda 255 manat.

Sonra reablitasiya - loqoped, psixoloq. Bu xidmət ortalama hesabla yarım saatı, ən azı 15 manatdan (həftədə 3 dəfə 180 manat) hesablanır. Hələ üstəlik də psixoloq xidməti, bu artıq paketlə hesablanaraq , aylıq 300-400 manata yaxın pul edir. Bunun da üç ayını dövlət öz hesabına edir. Loqoped xidməti də 3 ayla bitmir. Cihaz taxan uşaqların reablitasiyası nəyin ki, aylar hətta illər tələb edir. Bu uşaqlar üçün uzun illər dövlət hesabına loqoped, psixoloq xidməti olmalıdır. Sosial Sifarişlər Agentliyi , İctimai Birliklərə reablitasiya üçün tender layihələr verir. Çox istərdik ki, eşitmə məhdudiyyətli uşaqların reablitasiyasını həyata keçirməyi tenderə qatmadan, bu layihəni ölkədə zəif eşidən uşaqlarla çalışan və onların problemlərini dərindən bilən yeganə təşkilat olan “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinə verilsin. Bu da reallaşması xəyal olan sadəcə bizim arzumuzdu.
Daha sonra cihazların sıradan çıxma dövrü.Amanın bir günüdür cihaz xarab olmasın. Cihazın hissələri od bahasına. Akkumlatorla işləyən cihazın akkumulatoru 850 manat, şunuru, qurutma aparatı, tableti, batareyası, mikrafonu və s. Bir gün cihaz işləmədi uşaq bütün ətraf səslərdən məhrumdur. Məsələn, elə zənn edin ki, qulağınızda probka var eşitmirsiz. Dünya səslərindən məhrum qalmısız. Onların reablitasiyasından tutmuş, cihazın hissələırinə qədər hər bir xidmət çox bahadır. Dövlət sifarişinə salınmış eşitmə cihazlarının verilməsi qanununda bir boşluq var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 ci il 18 dekabr tarixli 501 nömrəli qərarına əsasən "Əlilliyi olan şəxslərin reabilitasiya vasitəsiləri ilə təmin edilməsi Şərtləri və Qaydası" na eşitmə məhdudiyyətli uşaqların yalnız eşitmə aparatı ilə təmin edilməsi yox, Koxlear implant əməliyyatı olunmuş uşaqların cihazının hissələrinin yenisinin verilməsi və üst cihazın müddətli şəkildə dövlət proqramına əsasən yenisi ilə əvəzlənməsi sözlərini 501-ci qərara daxil edilməsi çox vacib bir məsələdir.
Dövlət eşitmə məhdudiyyəti olan şəxslərin coclear əməliyyatı və eşitmə cihazlarının alınmasını, üç ayar və üç ay loqoped xidmətini öz üzərinə götürüb. Bu sistemin qurulmasını öz üzərinə götürən Nazirlik, Agentlik,müəssisə, xəstəxana və s. bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Bu cihazın ayar xərclərini, bu uşaqların ən azı bir il reablitasiyası xərclərini də nəzərə alaraq, dövlətə düzgün məlumat verin. Uşaqların taleyi ilə oynamaq olmaz. Bu ildən artıq bu əməliyyatların maliyyələşməsi İcbari Tibbi Sığorta Agentliyinə verilib. Bu çox gözəl bir təşəbbüsdür. Lakin unutmaq olmaz hər bir şəxsin seçim hüququ var. Hər bir şəxsə individual yanaşma olmalıdır. Eyni cür eşitmə cihazı və ya eyni cür coclear implantsifariş etmək qətiyyən olmaz və növbəli şəkildə eşitmə məhdudiyyətli uşaqları pulsuz əməliyyat etmək adıyla kütləvi şəkildə eşitmə məhdudiyyəti olan şəxsləri əməliyyat etmək bu düzgün yanaşma deyil. Bu əməliyyat tək kiçik yaşlı uşaqlara şamil olunmur. O üzdən hər bir yaş kateqoriyasına uyğun, hər bir eşitmə azlığına uyğun eşitmə cihazı seçilməlidir.Bunu mütəxəssislər çox yaxşı bilir. Sadəcə övladında bu problemi olmayan tender icra edənlər, özlərinə sərf edən məqamları daha yaxşı bilir və bunu dövlət qurumlarında elə qələmə verirlər ki, məsələ bu yerə gəlib çıxır. Sonda onu da qeyd edim ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri və eşitmə məhdudiyyəti olan gəncin anası kimi Sizdən xahiş edirəm “Biz olmayan yerdə, bizim hüquqlarımızı müdafiə etməyin!”
Ardı var...
Cəmilə Çingizqızı,
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə
Sosial Yardım” İctimai Birliyinin sədri
Baxış sayı: 1 269
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər