19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
Yalan ayaq tutar, yeriməz- Əli NƏCƏFXANLI
Tarix: 07-10-2021 19:20 | Bölmə: Sosial

Yadıma gəlir ki, 70-ci illərin əvvəllərində yenicə jurnalistlik fəaaliyyətimə başladığımda yazıb “Azəbaycan gəncləri” qəzetinə göndərdiyim ilk yazılardan biri o vaxtlar adı Sumqayıt Tibb Məktəbi olan orta ixtisas təhsili ocağında yaradılmış “Qaranquş” qızlar klubu haqqında reportaj olub. Yazım qəzetdə çıxanda çox sevinmişdim. Sonrakı dövrlərdə də dəfələrlə həmin məktəbdə keçirilən tədbirləri mətbuatda işıqlandırmışam. Nur çöhrəli müəllimlərin, ağ xalatlı tələbə qızların tədbirləri həmişə mənə maraqlı təsir bağışlayıb. Bura məndən ötrü həvəslə getdiyim ünvanlardan biri sayılır.
Elə bu yaxınlarda yenə həmin ünvanda - Sumqayıt Tibb Kollecində idim. 27 Sentyabr – Vətən müharibəsinin başlanmasının birinci ildönümü və Şəhidləri Anım Günü münasibətilə tədbir keçirilirdi. Burada Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Mehrab Niftəliyevə həsr olunmuş “Şəhidlər unudulmur” adlı xatirə lövhəsinin açılışı mərasimi ilk dərs kimi tələbələrə unudulmaz təsir bağışladı. Kollecin direktoru, tibb elmləri doktoru, Əməkdar həkim Rəfayıl Eyvazov Qarabağ torpaqlarını işğal etmiş mənfur düşmənə qarşı mübarizədə həlak olan qəhrəmanlarımızla hər kəsin fəxr etdiyini söyləyərək vurğuladı ki, onlara sayğı, vətənə əmanət qoyub getdikləri övladlarına isə qayğı göstərmək müqəddəs borcumuzdur. Qarabağda xidmətini davam etdirən mayor, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun ömür-gün dostu Sevinc Həsənova bu kollecdə müəllim kimi işə qəbul edilib. Gələcəkdə tibb bacıları olacaq bugünkü tələbə qızlarımızın isə Vətən müharibəsinin yeganə qadın şəhidi, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova kimi vətənpərvər olmaq əzmindədirlər. Tədbirdə qəhrəmanların həyat yoldaşları Vüsalə Niftəliyeva və Sevda Cəbrayılova Vətən uğrunda döyüşlərdə həlak olan əzizləri ilə və bütün digər şəhidlərlə hədsiz qurur duyduqlarını, fəxr etdiklərini söylədilər. Ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri ifadə edildi. Sonra “Qəhrəmanlar unudulmur” lövhəsi ilə tanışlıq olub...
Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyət göstərir. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk ildə respublika üçün gördüyü məqsədyönlü işlərdən biri də Sumqayıt şəhəri və ona yaxın rayonlarda əhalinin orta tibb işlərçilərinə olan ehtiyacını ödəmək məqsədilə yaratdığı Sumqayıt Tibb Məktəbi olub. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə, 10 müəllimlə fəaliyyətə başlayıb. Həmin dövrdən hal-hazıra kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışır. Sumqayıt Tibb Məktəbi prezident İlham Əliyevin sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq 2010-cu ildən Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və kollecin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılıb, əyani vəsaitlərlə təhciz olunub, müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompüter otağı və şəbəkəsi, bufet, avtonom istilik sistemi yaradılıb. Kolleci bitirən məzunların işlə təmin olunması daimi diqqətdədir. Məzunların çox böyük əksəriyyəti diplom alan kimi işlə təmin olunur. Hazırda Sumqayıt şəhərinin tibb müəssisələrində 1671 məzun fəaliyyət göstərir.
İnişil kollecin 50 illik yubileyində Səhiyyə nazirinin müavini Elsəvər Ağayev kollektivi təbrik edib və bu təhsil müəssisəsinin Sumqayıtda səhiyyənin inkişafında mühüm rol oynadığını vurğulayıb. İcra başçısı Zakir Fərəcov tibb kollecinin şəhərdə səhiyyə sahəsində kadr potensialının gücləndirilməsinə mühüm töhvə verdiyini qeyd edib. Bu isə o deməkdir ki, kollec daşıdığı adı layiqincə doğruldur.
Bildiyimiz kimi, Əziz Məmmədkərim oğlu Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor olub. Gələn il 125 illik yubileyi keçiriləcək. İllərdən bəri bu kollecə bacarıqla rəhbərlik edən Rəfayıl Eyvazov da adı uca tutulan unudulmaz şəxsiyyətin layiqli elmi xələflərindən sayılır. Əməkdar
həkim, tibb elmləri doktorudur. Çalışır ki, direktoru olduğu orta tibb təhsili müəssisəsi daim öz müsbət fəaliyyəti ilə seçilsin, ölkənin təhsil məkanında xüsusi yeri olsun.
Rəfayıl Eyvazov işlədiyi müddətdə kollektivin böyük rəğbətini qazanıb, dərsliklər yazıb, bir çox titullara layiq görülüb. İşdə əsas prinsipi kollektivin hər bir üzvünə hörmətlə yanaşmaq, təşəbbüsləri dəstəkləmək, innovativ yeniliklərə açıq olmaqdır. Onun şəxsi davranışları əsl örnəkdir. Özü bir dəfə də olsun, işə gecikməyib, buna görə nizam-intizam məsələsində güzəştsiz rəhbər sayılır.
Rəfayıl Eyvazov ilk növbədə nazirliyin və Sumqayıt şəhər rəhbərliyinin dəstəyi ilə kollecdə güclü maddi-texniki baza yaradıb, tələbələrin rahat, səmərəli dərs keçməsi üçün lazımi şəraiti təmin edib. Səliqə-sahman da öz yerində. Kollecin həyəti, girəcək hissəsi, ümumi görünüşü göz oxşayır. Bütün bunlar barəsində dəfələrlə ölkə mətbuatında yazılar verilib. Amma son vaxtlar göbələk kimi artan saytların bəziləri qərəzli münasibət sərgiləyərək, məqsədli şəkildə kollec və onun rəhbərliyi haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verirlər ki, bu da kollektivin hiddətinə səbəb olur. Buraya müfəttiş kimi gəlib də əliboş qayıdan şantaj ustalarının yazdıqlarının əksinə olaraq, kollecdə sırf qanuni fəaliyyət mühiti hökm sürür. Hər kəs qabiliyyətinə görə dəyərləndirilir, zərrəcə tərəfkeşlik, yerlibazlıq kimi hallara yol verilmir. Müəllimlər üçün zəruri şərait yaradılıb, onlara sırf ixtisasları üzrə dərs saatları ayrılır. Mütəmadi olaraq qabaqcıl pedaqoqlar fəxri fərmanlarla təltif olunurlar. Kollektiv şəhərin ictimai həyatında da fəallıq göstərir. Görülən işlər yüksək qiymətləndirilir. Burada imtahanlar aşkarlıq prinsipi üzrə, kompüter-video sistemi vasitəsilə aparılır. Bu isə tələbələrin və valideynlərin ürəyincədir. İndiyədək heç bir narazılıq olmayıb.
Sumqayıt Tibb Kollecində təkmilləşdirmə kursları fəaliyyət göstərir. Bunun üçün ayrıca korpus tikilmiş və müdavimlərin ixtiyarına verilmişdir. Kurslarda qabaqcıl müəllimlərin təcrübəsindən istifadə olunur. Pandemiya şəraitini nəzərə alaraq, müəllimlər müxtəlif proqramlarla onlayn qaydada qoşulan müdavimlərlə məşğələlər aparırlar. Xatırladaq ki, kollecdən sertifikasiya mərkəzinə göndərilən dinləyicilər həmişə yüksək göstəricilərlə müvəffəqiyyət qazanmışlar.
Kollecdə istər kurslarda, istərsə də tələbələrin davamiyyətinə ciddi nəzarət olunur. Vətən müharibəsi qəhrəmanları olan 2 şəhidin ailəsi hamiliyə götürülüb, onlara hər cür maddi-mənəvi köməklik göstərilir. Bu cür göstəriciləri olan kollecin, onun rəhbərliyinin haqqında heç bir obyektiv məlumatı olmayan kimlərinsə “tənqid”inə tuş gəlməsi təəccüb və təəssüf doğurur. Əlbəttə, internet platformasının “özündənbəy” müxbirlərinin uydurmalarına, yalan və böhtanlarına inanan olmur. Atalar çox düzgün deyib ki, yalan ayaq tutar, amma yeriməz. Sadəcə olaraq, özü bir şey olmayan milçək könül bulandırır.
Təsəvvür edin ki, iftira və şər-böhtan yazıları kollecin 90-cı illərə aid köhnə darvazasının şəkli ilə müşayiət olunur. Bu isə o deməkdir ki, bədnam müəlliflər heç buranın ünvanını da tanımırlar. Sadəcə, kiminsə ağzından nəyisə eşidib şantaja əl atır, istədikləri alınmayanda da yersiz hay-qışqırıq salırlar. Yalan ifadələrlə oxucuları çaşdırmaq istəyənlər kollecin real vəziyyətini işıqlandırmağa qətiyyən “həvəs”li olmurlar.
Onların bəzi “yaradıcılıq” nümunələri: “Direktor “tender”, “təkmilləşmə”, “ imtahan”, “qayıb” biznesindən yüz minlər qazanır” (Gündəlik Bakı); “Tibb Kollecində bazar ab-havası” (Xeberaz.az) və s. Bir-birindən köçürmə olan, vaxtaşırı təkrarlanan “karusel” yazılarda hansısa “aylıq”lardan, tender saxtakarlıqlarından, kotirovka sorğularından bəhs edilir. Guya Bakıdan olan tələbələr dərsə gəlmirlər, etirazçı-müəllimlər sıxışdırılır və daha nələr...
Əlbəttə, böhtana qarşı hüquqi müstəvidə də iddia qaldırmaq olar. Yəqin ki, olacaq da. Amma indilikdə Sumqayıt Tibb Kollecinin rəhbərliyi int ernet seqmentində meydan sulamaq istəyən intriqan xəbər
saytlarının idarəçilərinə qələmin (burada: kompüter klavişlərinin) müqəddəs vəzifəsini, amalını xatırlatmaqla kifayətlənir.
P.S. Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalamışdır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi yeni yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvalə olunmuşdur. Jurnalist adına iddialı olanlar unutmasınlar: Daha saxtakarlıq, qeyri-obyektivlik keçməyəcək. Kiminsə buyruq quluna çevrilib, insanları ləkələmək qəbulolunmazdır. Obyektlərə eybəcər yanaşmaların daşını atmaq məsləhətdir. Əks təqdirdə trol, “reket media mənsubu” adını almaq, məhkəmələrdə ittiham olunmaq, bu peşəni də gözdən salmaq, özünü də biabır etmək var. Onlayn mətbuat resurslarının - xəbər portallarının, veb-saytların, audiovizual medianın və sosial şəbəkədə informasiya paylaşımlarının əhatə dairəsinin genişlənməsi o demək deyil ki, istədiyinizi edə bilərsiniz.
Milli mətbuatımız elə də geniş miqyasa malik deyil ki, orda kimsənin əməllərini kimsələr görməsin və ya kimsənin qələmindən nə çıxır, kimsə onu bilməsin.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist
Baxış sayı: 502
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi