Bütün xəbərlər
Xocalı qurbanlarının xatirəsinə ağaclar əkildi - Fotolar
Tarix: 26-02-2021 18:16 | Bölmə: Sosial

                     Xocalı qurbanlarının xatirəsinə ağaclar əkildi


“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə paytaxt və regionlarda ağacəkmə aksiyaları keçirilib. 
“Qafqazinfo” xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya ölkədə tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.
Aksiyada müxtəlif təşkilatları təmsil edən könüllülər iştirak edib. Könüllülər üzərində müxtəlif dillərdə "Xocalıya ədalət! 613 həyat" sözləri yazılmış lövhələrlə bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan bu dəhşətli faciə barədə dünyaya mesaj veriblər.













Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər