Bütün xəbərlər
142 nömrəli məktəbin şagirdləri növbəti tura - yarımfinala vəsiqə qazanıblar
Tarix: 17-02-2021 18:15 | Bölmə: Sosial


2020- 2021-ci dərs ilində Respublika Fənn Olimpiadalarının rayon( şəhər) turunun nəticələri məlum olub. Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin şagirdləri növbəti tura - yarımfinala vəsiqə qazanıblar. XI sinif şagirdi Qocayev Səid İsmayıl oğlu Azərbaycan dili və ədəbiyyatı,X sinif şagirdi Cabbarova Aynur Allahverdi qızı kimya, IX sinif şagirdi Rəhimova Solmaz İxtiyar qızı Azərbaycan dili və ədəbiyyatı fənnindən yüksək bal toplayaraq növbəti tura keçiblər.
Sabaha-inamla.az


Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər