22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
190 manat məsələsinə yenidən baxılacaq
Tarix: 03-06-2020 22:28 | Bölmə: Sosial

               190 manat məsələsinə yenidən baxılacaq


190 manatlıq birdəfəlik ödəmənin iyun ayında verilməsi müzakirəyə çıxarıla bilər.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:
“Ümid edirdik ki, əhali karantin rejiminin özünüqoruma tələblərinə əməl edəcək. 190 manatın aztəminatlı şəxslərə verilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdu. İyun ayı üçün bu, nəzərdə tutulmurdu. İndi də adamların iş rejimi tam bərpa olunub, insanlar işləməyə başlayıb. Ancaq yenidən bəzi məhdudiyyətlər olduğuna görə, ola bilər ki, bu məsələ təkrar aktuallaşsın və müzakirə olunsun. Növbəti dəfə ətraflı məlumat verə bilərik”.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu