19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Hərbi ekspert Leonkov: "Baydenin prezidentliyi Avropanı məhv etdi"
Tarix: 26-02-2025 15:39 | Bölmə: Siyasət

ABŞ-ın 46-cı prezidenti Co Baydenin hakimiyyəti Ukrayna avantürasına qarışan Avropanı darmadağın edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri hərbi ekspert və “Vətən Arsenalı” jurnalının redaktoru Aleksey Leonkov “Rusiya” telekanalının “60 dəqiqə” verilişində deyib.
Onun sözlərinə görə, Avropa ölkələri indi sosial proqramları kəsməklə yanaşı, hərbi xərcləri də artırmağa məcburdur.
"Amerika Baydenin hakimiyyəti dövründə qarışdığı bu avantüra sayəsində əslində Avropanı məhv etdi. İndi Avropanın hərbi xərclərini artırmaq bütün sosial proqramları kəsmək deməkdir. Ukraynada nəinki Sovet mirası, həm də Avropa hərbi-sənaye kompleksinin hazırladığı çoxlu sayda hərbi texnika məhv edilib. Bu pul və bahalı enerji resursları ilə doldurulmalıdır."
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri müdafiə xərclərini ÜDM-in beş faizinə qədər artırmalıdır.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər