Bütün xəbərlər
Pamfilova: "Seçkilərdə uzaqdan səsvermə üçün portal 5 min dəfəyə qədər hücuma məruz qalıb"
Tarix: 08-09-2024 13:00 | Bölmə: Siyasət

Bütün səsvermə müddəti ərzində uzaqdan elektron səsvermə portalına (DEG) edilən hücumların sayı beş mini keçməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova brifinq zamanı bildirib.
“Bu dəfə DEG infrastrukturuna hücumların səviyyəsi aşağıdır, bütün səsvermə zamanı hücumların ümumi sayı 5 mini keçmir”, - deyə, Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib.
Ümumilikdə DEG-dən istifadə edərək 3,5 milyon seçici səs verib. Elektron səsvermə sistemi Rusiya Federasiyasının 26 regionunda fəaliyyət göstərir.
DEG ilk dəfə 2019-cu ildə Moskva Şəhər Dumasına seçkilər zamanı istifadə edilib.
2024-cü il sentyabrın 6-dan 8-dək Rusiyanın 83 regionunda müxtəlif səviyyələrdə seçkilər keçirilir.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər