Bütün xəbərlər
"Politico": İran İsrailə qarşı genişmiqyaslı hücumdan imtina edə bilər
Tarix: 08-08-2024 08:33 | Bölmə: Siyasət

Vaşinqton Tehranı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə reaksiyasına yenidən baxmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran hakimiyyəti İsrailə qarşı kütləvi hücum planlarından imtina edə bilər. Bu barədə “Politico” mənbələrə istinadən yazır.
Amerika rəsmiləri nəşrə bildiriblər ki, Vaşinqton Tehranı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə çağırıb. Onların sözlərinə görə, ABŞ İran tərəfinə xəbərdarlıq edib ki, irimiqyaslı zərbə yalnız gərginliyi artıracaq və birbaşa qarşıdurma riski yaradacaq.
“Politico”nun qeyd etdiyi kimi, Ağ Ev əmindir ki, Tehran əvvəlcə rədd etsə də, Vaşinqtonun nöqteyi-nəzərini dinləyəcək.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Yaxın Şərqə əlavə gəmi və təyyarələr göndərəcəyini bildirmişdi.
İsmayıl Haniyə iyulun 31-də İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda vəfat edib. Həmas Haniyyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və bunun cavabsız qalmayacağını qeyd edib.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər