12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Konqresmen Valberq Qəzza zolağına nüvə silahının atılmasını təklif edir
Tarix: 31-03-2024 22:40 | Bölmə: Siyasət

Respublikaçılar Partiyasından olan amerikalı konqresmen Tim Valberq Qəzzadakı münaqişənin nüvə zərbəsi ilə həllini təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Washington Post”un məlumatına görə, Nümayəndələr Palatasının üzvü Miçiqan ştatında seçicilərlə görüşdə sərsəm fikri səsləndirib. Qəzza zolağında baş verən humanitar fəlakətdən söhbət gedəndə, Uolberq əsəbi halda dedi ki, ABŞ fələstinlilərə kömək üçün bir qəpik də xərcləməməlidir.
RİA Novosti dəqiqləşdirir ki, Birləşmiş Ştatlar bundan əvvəl regionda humanitar yüklərin çatdırılması üçün liman inşa edəcəyini bəyan edib. Tim Valberq bu fikri həqiqətən bəyənmir.
"Hər şey Naqasaki və Xirosimadakı kimi olmalıdır. Biz bunu mümkün qədər tez bitirməliyik" deyə, konqresmen bir həll tapıb.
Amerika mediası da Uolberqin bəyanatından çaşıb və aydınlıq gətirmək üçün onun ofisinə müraciət edib. Siyasətçinin köməkçiləri onun metafora danışdığını bildiriblər.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər