22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
“Bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq” - İlham Əliyev
Tarix: 12-11-2021 19:07 | Bölmə: Siyasət
Xəbər verdiyimiz kimi, İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı Zirvə Görüşündə çıxış edib.
“Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,
Əziz dövlət-hökumət başçıları,
İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.
Əziz Qardaşım, hörmətli Prezident, əziz dövlət və hökumət başçıları, mən bir daha buna görə sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Tük Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, savaşda bizə göstərdiyi bu böyük dəstəyə görə isə Tayyib bəy Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaq.
Mən çox şadam ki, bu gün biz Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.
Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə üçün dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir.
Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-yə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır.
Eyni zamanda, bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik. Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə Görüşü keçirilmişdir və bizim təşkilatımız həm üzv ölkələr bir-birinə kömək göstərirlər, başqa ölkələrə kömək göstəririk.
Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd edirdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləqayətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.
Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı azad edilmiş torpaqlara iki dəfə səfər edib. İyun ayında Şuşaya və bu yaxınlarda - oktyabr ayında Füzuli və Zəngilana səfər edərkən bunu əyani şəkildə görüb. Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər.
Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir.
Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.
Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.
Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı, hörmətli dövlət və hökumət başçıları, bu yüksək mükafata görə sizə bir daha minnətdaram. Əminəm ki, mən bundan sonrakı fəaliyyətimdə bu yüksək ada layiq olmağa çalışacağam.
Sağ olun”.
Baxış sayı: 439
Bölməyə aid digər xəbərlər

Dünən, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
Dünən, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
4-10-2026, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
4-10-2026, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva